Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.