Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib. Paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri
Hərbi
23 Mart , 2022 11:09
Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Son xəbərlər

Orphus sistemi