Azərbaycan və Gürcüstandan keçən ixrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı görüş keçirilib

Azərbaycan və Gürcüstandan keçən ixrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı görüş keçirilib Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.
Hərbi
1 Oktyabr , 2024 17:20
Azərbaycan və Gürcüstandan keçən ixrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı görüş keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb, Azərbaycan və Gürcüstandan keçən ixrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı görüş keçirilib.

Bu barədə "Report"a Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib. Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyatı dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan və Gürcüstandan keçən İxrac boru kəmərlərinin təhükəsizliyinin yüksək səviyyədə təmin olunması ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik İsfəndiyar Mehbalıyev ilə Gürcüstanın Daxili İşlər Nazirliyinin Strateji İxrac Boru Kəmərlərinin mühafizəsi departamentinin direktoru, polkovnik Zurab Çabaşvili arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı qurumlararası təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi