Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən dağ təlimi kurslarında iştirak ediblər

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən dağ təlimi kurslarında iştirak ediblər Tbilisi. 6 iyul. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidəki Besik Kutateladze adına Saçxeli Dağ Hazırlıq Məktəbində “Təməl Yay Dağ Hazırlığı Kursu” keçirilib.
Hərbi
6 İyul , 2018 15:52
Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən dağ təlimi kurslarında iştirak ediblər
Report
0 : 00
0 : 00

Tbilisi. 6 iyul. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidəki Besik Kutateladze adına Saçxeli Dağ Hazırlıq Məktəbində “Təməl Yay Dağ Hazırlığı Kursu” keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan kursda Gürcüstan, Azərbaycan, Çexiya, Polşa, ABŞ, Latviya, Litva və Estoniyadan olan hərbi qulluqçular iştirak ediblər.

İyulun 6-da kursun bağlanış mərasimi olub. Azərbaycanın Gürcüstandakı Hərbi attaşe aparatının zabitləri mərasimdə iştirak ediblər.

Hərbçilər 21 gün davam edən kursda dağ şəraitində, çətin dağ şərtlərində fiziki hazırlığın yüksəldilməsi, dağ-texniki vasitələrindən istifadənin öyrənilməsi, çətin dağ relyefində hərbiçilərin biri-birlərinə yardım göstərmələri, müxtəlif atıcı silahlardan istifadə, eləcə də dağ zirvələrinə yürüşlərin təşkili ilə bağlı biliklərini artırıblar.

Kursun sonunda hərbçilər test imtahanları verərək sertifikat alıblar. Onlar arasında 5 nəfər Azərbaycan hərbi qulluqçusu da var. 

Qeyd edək ki, hərbçilər 21 günlük təlim zamanı təməl yay dağ hazırlığı, orta yay dağ hazırlığı, təməl qış dağ hazırlığı, orta qış dağ hazırlığı kursu və sonda liderlik kursunu bitiriblər.

Son xəbərlər

Orphus sistemi