Azad olunan ərazilərdə daha 183 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 183 mina aşkarlanıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Hərbi
9 Avqust , 2021 12:21
Azad olunan ərazilərdə daha 183 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, avqustun 2-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 180, tank əleyhinə 3 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi