Milli Qurtuluş Günü azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrimizdə qeyd edilib

Milli Qurtuluş Günü azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrimizdə qeyd edilib Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş bir sıra tədbirlər ke
Hərbi
235
15 İyun , 2021 18:22
Milli Qurtuluş Günü azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrimizdə qeyd edilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş bir sıra tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirlərdə dahi rəhbərin həyat və fəaliyyəti, eləcə də Milli Qurtuluş Gününün tarixi haqqında şəxsi heyətlə geniş söhbətlər aparılıb. Xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verən müsbət dəyişikliklər və Ümummilli Liderin bünövrəsini qoyduğu siyasi kursun bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində qazanılan uğurlar, ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti xüsusi qeyd edilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin müəllim-şagird kollektivinin Azərbaycan əsgərləri üçün göndərdikləri bayram sovqatları şəxsi heyət tərəfindən minnətdarlıqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi