Anatoli Nosatıy: “Moldova öz ərazisini qorumağa hazırdır”

Anatoli Nosatıy: “Moldova öz ərazisini qorumağa hazırdır” "Moldova öz ərazisini qorumağa hazırdır".
Hərbi
18 May , 2023 14:19
Anatoli Nosatıy: “Moldova öz ərazisini qorumağa hazırdır”
Anatoli Nosatıy

"Moldova öz ərazisini qorumağa hazırdır".

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Moldova müdafiə naziri Anatoli Nosatıy bildirib.

Onun sözlərinə görə, əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri mümkün vasitələrlə ölkəsini qoruyacaq:

“Ukrayna Rusiyaya Nikolayev və Odessa istiqamətində irəliləməyə, həmçinin Odessa yaxınlığında dəniz əməliyyatı keçirməyə imkan verməz. Amma hər halda Moldova öz ərazisini qorumağa hazırdır. Əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri, digər orqanlarımız, vətəndaşlarımız bütün mümkün vasitələrlə ölkəsini qoruyacaq”.

Nazir vurğulayıb ki, belə olan halda lazım olan dəstək də göstəriləcək:

“Tərəfdaşlarımızın da dediyi kimi, ən pis ssenaridə bizə bütün vasitələrlə dəstək veriləcək. Lakin bu, o demək deyil ki, biz gözləməliyik. Biz təlimlər keçirik, modernizasiya və transformasiya planlarını həyata keçiririk və çalışırıq ki, istənilən bütün ssenarilərə hazır olaq”.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi