ANAMA sədri: “Ermənilər minaladıqları ərazilərə xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər”

ANAMA sədri: “Ermənilər minaladıqları ərazilərə xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər” “Ermənilər minaladıqları ərazilərə bilərəkdən xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər”.
Hərbi
19 Oktyabr , 2022 17:17
ANAMA sədri: “Ermənilər minaladıqları ərazilərə xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər”
Vüqar Süleymanov

“Ermənilər minaladıqları ərazilərə bilərəkdən xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Qurum sədri bildirib ki, Azərbaycanın minatəmizləyənləri mina təmizləmə işinə başlayan zaman ermənilərin daha bir mənfur əməlləri ilə üz-üzə qalıb:

“Belə ki, onlar işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsini çətinləşdirmək üçün bir çox əngəllər törədiblər və həmin ərazilərə metal qırıntıları səpiblər”.

“Ərazilərə səpilən metal qalıqları minatəmizləmə işlərinə çətinlik yaradır və mina detektorlarının işini ləngidir”- V.Süleymanov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi