ANAMA 2000-ci ildən bəri aşkarladığı mina və hərbi sursatların sayını açıqlayıb

ANAMA 2000-ci ildən bəri aşkarladığı mina və hərbi sursatların sayını açıqlayıb “2000-ci ildən 2020-ci ilədək təmizlənmiş ərazilər 546 milyon kvadrat metrdən artıq olub”.
Hərbi
10 Oktyabr , 2020 11:37
ANAMA 2000-ci ildən bəri aşkarladığı mina və hərbi sursatların sayını açıqlayıb

“2000-ci ildən 2020-ci ilədək təmizlənmiş ərazilər 546 milyon kvadratmetrdən artıq olub”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib.

Onun sözlərinə görə, aşkar olunmuş mina və hərbi sursatların sayı isə 808 895 ədəddir: “Düşmənin istifadə etdiyi silah-sursatlar yeniləndikcə bizim daha yeni müasir avadanlıqlara ehtiyacımız olacaq. Əminik ki, bu istiqamətdə də dövlətimiz bizə lazımi dəstəyi verəcək”.

Son xəbərlər

Orphus sistemi