“Anadolu Qartalı - 2023” təlimi başa çatıb

“Anadolu Qartalı - 2023” təlimi başa çatıb Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb. Qonaqlara təlimin gedişi, yerinə yetirilən tapşırıqlar və əldə olunan nəticə barədə yekun brifinq təqdim edilib. Bildirilib ki, təlimdə
Hərbi
12 May , 2023 20:02
“Anadolu Qartalı - 2023” təlimi başa çatıb

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqlara təlimin gedişi, yerinə yetirilən tapşırıqlar və əldə olunan nəticə barədə yekun brifinq təqdim edilib.

Bildirilib ki, təlimdə əsas diqqət pilotların, o cümlədən mühəndis-texniki heyətin peşəkarlıq səviyyəsinin artırılmasına, aviasiya texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimdə qarşıya qoyulan məqsədlərə tam nail olunub.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və Su-25 hücum təyyarələri ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi