“Anadolu Qartalı - 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər

“Anadolu Qartalı - 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər. Əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib. Sonra aviasiya vasitələrimizin eki
Hərbi
29 Aprel , 2023 16:00
“Anadolu Qartalı - 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi