“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıqla bağlı brifinq keçirilib

“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıqla bağlı brifinq keçirilib Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib. Əvvəlcə iştirakçılara təlimin
Hərbi
17 İyun , 2022 10:29
“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıqla bağlı brifinq keçirilib

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi