Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilib

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilib.
Hərbi
163
12 İyun , 2021 16:42
Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hərbi məktəbdə dörd il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdiriblər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar veriblər.

Son xəbərlər

Orphus sistemi