Ağstafada 181 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Ağstafada 181 ədəd partlamamış hərbi sursat aşkarlanıb ANAMA tərəfindən 1 min kv.m ərazi yoxlanılıb
Hərbi
25 Yanvar , 2017 17:13
Ağstafada 181 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda 181 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a bildirilib ki, rayonun Saloğlu qəsəbəsində Acıdərə adlanan ərazidəki otlaq sahəsində 181 ədəd partlamamış hərbi sursat (47 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 15 ədəd 7.62 çaplı patron və 119 ədəd 5.45 çaplı patron) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. 

ANAMA tərəfindən 1 min kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik yanvarın 1-dən 25-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirib, 1 469 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 16 430 kv.m ərazi yoxlayıb.

Son xəbərlər

Orphus sistemi