Ağcabədidə yivsiz top mərmisi aşkarlanıb

Ağcabədidə yivsiz top mərmisi aşkarlanıb Mərmi zərərsizləşdirilməsi üçün ANAMA tərəfindən götürülüb
Hərbi
14 Mart , 2017 15:42
Ağcabədidə yivsiz top mərmisi aşkarlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Ağcabədi rayonunun Avşar kəndində Qarabağ kanalının kənarına baxış keçirilib, 1 ədəd 100 mm-lik yivsiz top mərmisi (3BK-16M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 500 kv.m ərazi yoxlanılıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları).

Ümumilikdə Agentlik yanvarın 1-dən martın 14-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 149 277 kv.m ərazi (457 817 kv.m əl, 288 500 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 289 960 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Son xəbərlər

Orphus sistemi