Bakı. 9 sentyabr.REPORT.AZ/ Şabran rayonunda vətəndaş qəsdən öz yaşadığı evi yandırıb. Şabran rayon Polis Şöbəsindən (RPŞ) Report-a verilən məlumata görə, hadisə Şabran şəhərinin Əzizbəyov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan rayon sakini Məhəmməd Seydiyev sərxoş halda yaşadığı evə gələrək qəsdən mənzili yandırıb.
Hadisə zamanı xəsarət alan olmasa da, evin bir qismi və mənzildəki məişət əşyaları yanaraq yararsız hala düşüb. Şabran RPŞ əməkdaşları hadisədən sonra M.Seydiyevi saxlayıb. Yanan evə baxış zamanı oradan 12,46 qram narkotik maddə marixuana aşkar edilərək götürülüb.
Qeyd edək ki, hadisəni törədən M.Seydiyev əvvəllər məhkum olunub. Faktla bağlı Şabran RPŞ-da araşdırma aparılır.