Zorlanma hadisəsi olduğu deyilən internat məktəbi açıqlama yayıb - YENİLƏNİB-2

Zorlanma hadisəsi olduğu deyilən internat məktəbi açıqlama yayıb - YENİLƏNİB-2 Bakı. 10 may. REPORT.AZ/ 8 nömrəli sanatoriya tipli internat məktəb bu təhsil ocağında 16 yaşlı qızın zorlanmaya məruz qalmasına dair KİV-də yayılmış məlumatlara münasibət bildirib.
Hadisə
10 May , 2018 17:52
Zorlanma hadisəsi olduğu deyilən internat məktəbi açıqlama yayıb - YENİLƏNİB-2
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ 8 nömrəli sanatoriya tipli internat məktəb bu təhsil ocağında 16 yaşlı qızın zorlanmaya məruz qalmasına dair KİV-də yayılmış məlumatlara münasibət bildirib.

"Report"a daxil olan açıqlamada bildirilib ki, hər iki yeniyetmə göstərilən internat məktəbinin şagirdi deyil, məktəbdən məzun olublar: "Məlumat üçün qeyd edək ki, 17 yaşlı qız anası onu sevdiyi oğlana vermədiyi halda, intihar edəcəyini deyib. Anası DİN-in 102 xidmətinə zəng vurduqdan sonra qız yalan danışdığını deyib. Bu zaman anası 102 xidmətinə yenidən zəng vurub və qızının ona yalan söylədiyini bildirib".


*** 15:24

Bakı. 10 may. REPORT.AZ/ Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.

“Report” xəbər verir ki, paytaxt sakini C.A. polisə müraciət edərək Bakıdakı internat məktəblərdən birində 16 yaşlı qızı - N.A.-nın döyüldüyünü və internatda yaşayan R. adlı şəxs tərəfindən zorlandığını bildirib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

N.A.-nın yaxınları “Report”a müraciət edərək bildirib ki, zorlanma ilə bağlı şikayət ərizəsi geri götürülüb: “Zorlama hadisəsi olmayıb”.

Son xəbərlər

Orphus sistemi