Zorakılığı təbliğ edən halların müəyyənləşdirilməsi üçün sosial şəbəkə və saytların monitorinqi aparıla bilər

Zorakılığı təbliğ edən halların müəyyənləşdirilməsi üçün sosial şəbəkə və saytların monitorinqi aparıla bilər Azərbaycanda zorakılığı təbliğ edən halların müəyyən edilməsi üçün sosial şəbəkə və internet saytları, televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması təklif olunur.
Hadisə
3 Mart , 2023 14:03
Zorakılığı təbliğ edən halların müəyyənləşdirilməsi üçün sosial şəbəkə və saytların monitorinqi aparıla bilər

Azərbaycanda zorakılığı təbliğ edən halların müəyyən edilməsi üçün sosial şəbəkə və internet saytları, televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması təklif olunur.

"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına neqativ təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi məqsədəmüvafiqdir:

"Bu istiqamətdə təhsil müəssisələrində əsas hədəf qruplarından biri kimi, valideynlərlə də davamlı olaraq maarifləndirici işlər aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi