Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə növbəti dəfə ifadə verib

Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə növbəti dəfə ifadə verib Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.
Hadisə
755
9 Mart , 2018 11:58
Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə növbəti dəfə ifadə verib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gülər Ələkbərova ifadə verib.

O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib. Bildirib ki, "Zaminbank"ın mərkəzi filialında xəzinədar vəzifəsində işləyən zaman təqsirləndirilən R.Heybətov və zərərçəkmiş Elnur Məmmədovla banka gələrək, Türkiyəyə pul göndərmək istəyiblər: "Amma sənədlər qaydasında olmadığı üçün mümkün olmayıb".

G.Ələkbərova dindirilən zaman R.Heybətovu həmin vaxt tanıdığını, amma E.Məmmədovu xatırlamadığını deyib: "Türkiyəyə 200 min dolların göndərilməsini bilmirəm".

Zərərçəkmiş E.Məmmədov qeyd edib ki, şahidin ifadələrində ziddiyyət var. Sabiq deputatın oğlu pulun göndərildiyini deyib.

Şahid isə əlavə edib ki, əgər pul göndərilsəydi, qəbz olardı.

Təqsirləndirilən R.Heybətov heç kimə pul vermədiyini bildirib. Sadəcə Türkiyədə pulu götürdüyünü qeyd edib.

Məhkəmə şahid qismində "Zaminbank"ın filial müdri Nadir İsmayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Son xəbərlər

Orphus sistemi