Ziya Bünyadov prospektində yaşlı kişini maşın vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Ziya Bünyadov prospektində yaşlı kişini maşın vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə Nəsimi rayonu ərazisində baş verib
Hadisə
30 Avqust , 2017 12:21
Ziya Bünyadov prospektində yaşlı kişini maşın vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB
Foto: Report.az

Bakı. 30 avqust. REPORT.AZ/ Bakıda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub. 

"Report"un məlumatına görə, avqustun 30-da saat 1 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində Bakı şəhər sakini Etibar İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Fariz Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


*** 01.04

Bakı. 30 avqust. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən yaşlı kişini Etibar İsgəndərovun idarə etdiyi "90-ZR-927" dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobil vurub.

Piyada hadisə yerində keçinib. Sürücü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi