"Zeytun bağları"nda qonşusunu öldürən keçmiş məhkuma ağır cəza verilib

"Zeytun bağları"nda qonşusunu öldürən keçmiş məhkuma ağır cəza verilib Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
18 İyul , 2019 15:40
Zeytun bağlarında qonşusunu öldürən keçmiş məhkuma ağır cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Dostəli Abuzərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini qapalı rejimli həbsxanada çəkəcək.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.

Son xəbərlər

Orphus sistemi