Zərdabda qanunsuz silah gəzdirən şəxs saxlanılıb

Zərdabda qanunsuz silah gəzdirən şəxs saxlanılıb Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib.
Hadisə
13 Yanvar , 2020 18:09
Zərdabda qanunsuz silah gəzdirən şəxs saxlanılıb

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, rayonun Bəyimli kəndi ərazisində Ucar rayon sakini Əlimirzə Əliyev qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli bilindiyi üçün tutularaq Zərdab RPŞ-yə gətirilib. Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1ədəd “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma zamanı Ə.Əliyevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi