Zərdabda külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Zərdabda külli miqdarda narkotik tərkibli bitki məhv edilib Polis əməkdaşları ərazidən ümumi çəkisi 4150 kq olan 2750 ədəd narkotik tərkibli bitki olan çətənə kolları yığaraq yandırılma yolu ilə məhv edib
Hadisə
3 İyul , 2015 15:06
Zərdabda külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Bakı. 3 iyul. REPORT.AZ/ Zərdabda külli miqdarda narkotik tərkibli bitki məhv edilib. "Report" xəbər verir ki, rayon polis əməkdaşları narkotik tərkibli bitkilərin yerini müəyyən edərək məhv edilməsi istiqamətində "Xaş-xaş 2015" şərti adı altında əməliyyat tədbiri keçirib. 

Keçirilən tədbir nəticəsində rayonun Bıçaqçı kənd ərazisində Kür çayının sahil meşə zolağının boş istifadə olunmayan sahəsində yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Polis əməkdaşları ərazidən ümumi çəkisi 4150 kq olan 2750 ədəd narkotik tərkibli bitki olan çətənə kollarını yığaraq yandırılma yolu ilə məhv edib.

Zərdab rayon Polis Şöbəsindən bildirilib ki, rayonun müxtəlif ərazilərində bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi