Zərdabda karantin rejimini pozan şəxs həbs edilib

Zərdabda karantin rejimini pozan şəxs həbs edilib Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Hadisə
4 Aprel , 2020 19:33
Zərdabda karantin rejimini pozan şəxs həbs edilib

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları karantin rejiminə əməl etməyən və qaydaları kobud şəkildə pozan vətəndaşlara qarşı reydlər həyata keçirir. Belə ki, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib. 

Nəticədə polis şöbəsinin əməkdaşları tərəfindən son bir gün ərzində 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib, bir nəfər barəsində 10 sutkalıq həbs cəzasının verilməsi ilə bağlı qərar qəbul edilib.

Hazırda rayon polis şöbəsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi