Zərdabda karantin qaydalarının pozulduğu şadlıq sarayı aşkarlanıb

Zərdabda karantin qaydalarının pozulduğu şadlıq sarayı aşkarlanıb Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pozuntu halının baş verdiyi şadlıq sarayı müəyyən edilib.
Hadisə
20 Dekabr , 2021 10:11
Zərdabda karantin qaydalarının pozulduğu şadlıq sarayı aşkarlanıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pozuntu halının baş verdiyi şadlıq sarayı müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı “Natiq” şadlıq sarayında baş tutan toy məclisinin “icaze.e-gov-az” saytında qeydiyyatdan keçirilmədiyi aşkar olunub.

Qayda pozuntusu ilə əlaqədar şadlıq sarayına cavabdeh şəxs olan Səmid Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi