Zərdabda güclü yağışdan sonra qrunt suları evlərə dolub
Hadisə
- 21 mart, 2024
- 18:36
Zərdabda güclü yağış bir sıra fəsadlar yaradıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Məlikumudlu kəndində yağışdan sonra üzə çıxan qrunt suları evləri, tövlələri, yardımçı tikililəri cənginə alıb.
Sakinlər “Report”un yerli bürosuna sel sularını nasoslar vasitəsilə qurutmağa çalışdıqlarını bildiriblər.
Zərdab Rayon İcra Hakimiyyətinin Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzov mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın günlərdə kənd ərazisində qrunt sularının axıdılması üçün drenaj kanalının yenidən qazılmasına başlayacaqlarını bildirib.
A.Novruzov vurğulayıb ki, görülən işlərdən sonra kənd ərazisindəki qrunt suları çəkiləcək və sakinləri narahat edən problem arxadan qaldırılacaq.
Son xəbərlər
19:27
Bakıda Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub
Biznes19:22
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya19:21
Kamçatka sahillərində "Triumf" gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb
Digər ölkələr19:20
Qusev: Ukrayna Azərbaycan investisiyalarının cəlbində maraqlıdır
Xarici siyasət19:09
Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Xarici siyasət19:09
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb
Digər ölkələr19:05
ADB kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində Azərbaycan üçün iki prioritet istiqaməti açıqlayıb
Sənaye19:05
Maks Ferstappen: Bakıdakı təsnifat mərhələsi fəlakətə çevrilib
Formula 119:01