Zərdabda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var

Zərdabda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.
Hadisə
20 Mart , 2023 14:15
Zərdabda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var

Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri - Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi