Zərdab sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Zərdab sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb Zərdabda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
18 Noyabr , 2019 11:55
Zərdab sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb
google.az

Zərdabda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu bartədə "Report"un yerli bürosuna Zərdab Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumata görə, RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirilən tədbirlər nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürov tutulub.

Onun evinin həyətindəki gizli saxlanc yerinə baxış zamanı 4 kiloqram 785 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, polislər tərəfindən narkotik vasitələr satış üçün hazır qutularda qablaşdırılmış vəziyyətdə tapılıb. M.Şükürov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Bundan başqa, Zərdab RPŞ-nin əməkdaşlarının Məlikli kəndində kemirdikləri əməliyyat zamanı isə kənd sakini Səbihi Qədirov da saxlanılıb. Onun evinə baxış zamanı isə 481 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi