Zərdab sakininin evindən 15 000 ABŞ dolları və qızıl əşyalar oğurlanıb

Zərdab sakininin evindən 15 000 ABŞ dolları və qızıl əşyalar oğurlanıb Qrupun digər üzvlərinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir
Hadisə
9 Dekabr , 2016 11:54
Zərdab sakininin evindən 15 000 ABŞ dolları və qızıl əşyalar oğurlanıb

Zərdab. 9 noyabr. REPORT.AZ/  Zərdab rayonunda evdən külli miqdarda pul və qızıl əşylar oğurlanıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, rayon sakini Şaiq Əmiraslanova məxsus evdən  naməlum şəxslər 15 000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıblar.

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən həmyerlisi Niyaz Davudov tutulub.  

Məlum olub ki, oğurluqla məşğul olan qrup 3 nəfərdən ibarətdir və qrupun digər üzvlərinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi