Zəngilanda avtomobillə qəsdən adam vurub öldürən sürücü saxlanılıb
Hadisə
- 19 avqust, 2025
- 08:09
Zəngilanda polis avtomobillə qəsdən adam vurub öldürən sürücünü saxlayıb.
“Report”un əldə etdiyi məlumata görə avqustun 18-də rayonun Ağalı kəndində yerli sakin, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
05:56
KİV: ABŞ-nin Yaxın Şərq müttəfiqləri Trampı İrana hücum etməkdən çəkinməyə çağırır
Digər ölkələr05:31
Video
Qərbi Azərbaycan Xronikası: Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi
Daxili siyasət05:23
Qızılın bir unsiyasının qiyməti 5 600 dolları keçib - YENİLƏNİB
Maliyyə04:47
Rubio: ABŞ Venesuelada Rusiyanın, ÇXR və İranın varlığını azaltmağa çalışır
Digər ölkələr04:19
Kolumbiyada təyyarə qəzasında 15 nəfər həlak olub - YENİLƏNİB
Digər ölkələr03:30
"Qarabağ"ın futbolçusu: "Fransalı olduğum üçün PSJ ilə qarşılaşmaq istərdim"
Futbol03:12
Minneapolisdə atışmada iştirak edən sərhədçilər xidmətdən kənarlaşdırılıb
Digər ölkələr02:59
"Liverpul"un baş məşqçisi: "Rəqib komandaya hörmətlə yanaşırdıq"
Futbol02:42