Baş direktor: "Zəlzələ zamanı fəsadlar yaranan tikililər keyfiyyətsiz materiallarla qanunazidd formada tikiliblər"
Hadisə
- 06 fevral, 2019
- 12:24
AMEA nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli
Bakı. 6 fevral. REPORT.AZ/ "Şamaxı-İsmayıllı zonasında dünən baş verən zəlzələdən sonra fəsadlar yaranan tikililər keyfiyyətsiz tikinti materiallarından istifadə olunaraq qanunazidd formada tikiliblər".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dünən Şamaxı-İsmayıllı zonasında iki güclü təkan qeydə alınıb: "Birinci təkan 5, ikinci təkan 6 bal olub. İkinci təkan insanları təşvişə salıb. Bu gün səhər tezdən hadisə yerində olduq, bir neçə kənddə evlərdə çatlar əmələ gəlib".
Q.Yetirmişli qeyd edib ki, 6 ballıq zəlzələ orta güclü zəlzələdir: "Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda olan stansiyasında da çatlar əmələ gəlib".
Son xəbərlər
19:32
Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
Digər ölkələr19:13
Rusiyada təyyarə qəzasında bir nəfər xəsarət alıb - Yenilənib
Region19:06
Video
"AnewZ" Vardanyanın cinayətləri barədə "The Oligarch"s Design" adlı sənədli film hazırlayıb
Media18:38
Foto
Azərbaycanla Rumıniya arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Xarici siyasət18:36
Suriyada amerikalı hərbçilər güllələnib
Digər ölkələr18:28
Xüsusi nümayəndə: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib
Energetika18:26
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"u məğlub edib
Futbol18:15
Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir
Xarici siyasət18:04