Zəlzələ nəticəsində Oğuzda bir neçə evə ziyan dəyib - FOTO

Zəlzələ nəticəsində Oğuzda bir neçə evə ziyan dəyib - FOTO "Evin hər an dağılma təhlükəsi olduğu üçün üç uşaqla çöldə qalmışıq"
Hadisə
4 Sentyabr , 2015 12:02
Zəlzələ nəticəsində Oğuzda bir neçə evə ziyan dəyib - FOTO

Bakı. 4 sentyabr. REPORT.AZ/ Zəlzələ nəticəsində Oğuz rayonunun Astraxanovka kəndində bir neçə evə ziyan dəyib. Bu barədə "Report"a kənd sakini Sahib Adılov məlumat verib. 
S.Adılov bildirib ki, ona məxsus bir mərtəbəli, 3 otaqlı yaşayış evi zəlzələ təkanlarının təsiri ilə yararsız hala düşüb: "Evin divarları çatlayıb, evdə yaşamaq mümkünsüzdür. Evin hər an dağılma təhlükəsi olduğu üçün üç uşaqla çöldə qalmışıq".
O əlavə edib ki, evdə olan əşyalar da yararsız hala düşüb: "Bundan başqa, kənddə daha bir neçə nəfərin evinə ziyan dəyib".

Son xəbərlər

Orphus sistemi