Zaqatalada və Daşkəsəndə zəlzələ olub - YENİLƏNİB-2

Zaqatalada və Daşkəsəndə zəlzələ olub - YENİLƏNİB-2 Zəlzələ zamanı dağıntıların qeydə alınmadığı bildirilir
Hadisə
3 May , 2017 13:33
Zaqatalada və Daşkəsəndə zəlzələ olub - YENİLƏNİB-2

Gəncə. 3 may. REPORT.AZ/ Zaqatala rayonunda 4 bal ətraf rayonlarda isə 3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə "Report"un Qərb bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, zəlzələnin episentri Zaqataladan 39 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb. Zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.

***13:10

Daşkəsən. 3 may. REPORT.AZ/ Daşkəsən rayonunda zəlzələ baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, saat 12:58-də və saat 13:00-da iki təkan qeydə alınıb. 

Zəlzələnin gücü təxminən 3 bal olub. 

Hər hansı bir dağıntı isə qeydə alınmayıb.


***13:02

Zaqatala. 3 may. REPORT.AZ/ Zaqatala rayonunda zəlzələ olub. 

"Report"un yerli bürosunun məlumatına görə, zəlzələ bu gün saat 12:54-də qeydə alınıb. Zəlzələ hiss olunub və rayon ərazisində evlərin sirkələnməsi ilə müşahidə edilib. Zəlzələ zamanı dağıntıların qeydə alınmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi