Zaqatalada yük avtomobili çay yatağına aşıb, xəsarət alan var

Zaqatalada yük avtomobili çay yatağına aşıb, xəsarət alan var Zaqatala rayonda yol qəzası baş verib.
Hadisə
18 Avqust , 2021 15:53
Zaqatalada yük avtomobili çay yatağına aşıb, xəsarət alan var

Zaqatala rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, Balakən-Qax istiqamətdə hərəkətdə olan "Hyundai" markalı yük avtomobili qurumuş çay yatağına düşüb.

Hadisəyə nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkətdə olarkən şininin patlaması səbəb olub. Nəticədə sürücü idarəetməni itirib və avtomobili çay yatağına aşırıb. Hadisə zamanı ölən olmasa da, deformasiyaya uğramış yük maşınının kabinində sıxılmış vəziyyətdə qalan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi