Zaqatalada yol qəzasında ölən və yaralananların adları məlum olub - FOTO - VİDEO

Zaqatalada yol qəzasında ölən və yaralananların adları məlum olub - FOTO - VİDEO Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Hadisə
258
26 Dekabr , 2015 23:21
Zaqatalada yol qəzasında ölən və yaralananların adları məlum olub - FOTO - VİDEO

Bakı. 26 dekabr. REPORT.AZ/ Axşam saatlarında Zaqatalada 3 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Şəhərin Tala çayı üzərindəki körpüdə Zaqatala rayonu Aşağı Tala kənd sakini Elvin Həsənzadənin idarə etdiyi "Lada-Piriora", Zaqatala şəhər sakini 27 yaşlı Hüseyn Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil və hələ ki, şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. "VAZ-2106"nın sürücüsü Hüseyn Kərimov xəstəxanaya aparılarkən yolda ölüb. "Priora"nın sürücüsü Elvin Həsənzadə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "VAZ-2107"nin sürücüsü və sərnişinləri, şəhər sakini 25 yaşlı Şükür Səmədov və 29 yaşlı Fərid Ramazanov aldıqları bədən xəsarətləri ilə Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi