Zaqatalada yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Zaqatalada yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB Zaqatala rayonunda bş verən ağır yol-nqəliuyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
6 May , 2019 08:55
Zaqatalada yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Foto: "Report"

Zaqatala rayonunda bş verən ağır yol-nqəliuyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, rayonun 1988-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Ramazanlı Elmar Ramazan oğlu, 1982-ci il təvəllüdlü Car kənd sakini Abdullayev Rəşad Həbibullah oğlu və 1991-ci il təvəllüdlü Axaxdərə kənd sakini Abdullayev Hacıömər İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan 28 yaşlı Hacıömər Abdullayevin xəsarətləri ciddi olduğundan o, Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər 2 yaralı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


*** 07:01

Gecə saatlarında Zaqatala şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi