Zaqatalada yol qəzası baş verib, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 26 iyun, 2019
  • 04:55
Zaqatalada yol qəzası baş verib, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Zaqatala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adaları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, minik avtomobili ilə "KamAz" markalı yük maşınının toqquşması nəticəsində qəsəbə sakinləri - 1941-ci il təvəllüdlü Şaban Xəlil oğlu Şabanov və 1960-cı il təvəllüdlü Solmaz Vahid qızı Babayeva xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Fakt araşdırılır.


*** 08:01

Zaqatala rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.