Zaqatalada xurma ağacından yıxılan kişi ölüb - YENİLƏNİB

Zaqatalada xurma ağacından yıxılan kişi ölüb - YENİLƏNİB Zaqatala rayonunda xurma ağacından yıxılan kişi xəstəxanada ölüb.
Hadisə
31 Oktyabr , 2019 13:06
Zaqatalada xurma ağacından yıxılan kişi ölüb - YENİLƏNİB

Zaqatala rayonunda xurma ağacından yıxılan kişi  xəstəxanada ölüb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov həkimlərin səyinə baxmayaraq yerləşdirildiyi xəstəxanada ölüb. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N.Osmanov üç uşaq atası idi.


*** 11:23

Zaqatala rayonunda 38 yaşlı kişiu xurma ağacından yıxılıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov Mazıx kəndində fəhlə işlədiyi həyətdə xurma yığarkən ağacdan yıxılıb. O, ətrafdakıların köməkliyi ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi