Zaqatalada sərnişin avtobusu yanaraq kül olub - FOTO

Zaqatalada sərnişin avtobusu yanaraq kül olub - FOTO Yanğın zamanı xəsarət alan olmayıb
Hadisə
5 Sentyabr , 2015 01:58
Zaqatalada sərnişin avtobusu yanaraq kül olub - FOTO

Bakı. 5 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının 118-ci km.-də sərnişin avtobusu yanıb.

"Report" xəbər verir ki, hadisə Zaqatalanın Qımır kəndi ərazisində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub.

Zaqatala sakini Teyyub İbrahimova məxsus "62-BF-019" dövlət qeydiyyat nişanlı avtobus Qandax-Zaqatala marşrutu üzrə hərəkət edirmiş.

Yanğın zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi