Zaqatalada şadlıq sarayının sahibi cərimələnib

Zaqatalada şadlıq sarayının sahibi cərimələnib Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Hadisə
9 Dekabr , 2021 12:41
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, “Təranə” şadlıq sarayında keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Tələblərin pozulduğu toy mərasimini dayandırılıb, obyektin sahibi İsmayıl Əlicanov və toy sahibi Çingiz Eminov barəsində qanunauyğun tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi