Zaqatalada qonşusunun evindən fındıq oğurlayan şəxs saxlanılıb

Zaqatalada qonşusunun evindən fındıq oğurlayan şəxs saxlanılıb Zaqatala. 4 mart. REPORT.AZ/ Zaqatala rayonunda həmkəndlisinin evindən fındıq oğurlayan şəxs saxlanılıb.
Hadisə
4 Mart , 2019 09:57
Zaqatalada qonşusunun evindən fındıq oğurlayan şəxs saxlanılıb

Zaqatala. 4 mart. REPORT.AZ/ Zaqatala rayonunda həmkəndlisinin evindən fındıq oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"un şimal-qərb bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.

Zaqatala RPŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib. Ətrafında aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı M.Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi