Zaqatalada avtomobil piyadanı vurub

Zaqatalada avtomobil piyadanı vurub Zaqatala rayonunda piyadanı avtomobil vurub.
Hadisə
16 Sentyabr , 2019 12:58
Zaqatalada avtomobil piyadanı  vurub

Zaqatala rayonunda piyadanı avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun, rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobil yolu keçmək istəyən Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Hüseyn Ərəb oğlu Zaxarovu vurub.

Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi