Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib

Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib.
Hadisə
23 Yanvar , 2022 11:17
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib

Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Onların hər birinə 50 manat məbləğində cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi