Zaqatalada məclis təşkil edənlər cərimələndi

Zaqatalada məclis təşkil edənlər cərimələndi Polis tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb
Hadisə
31 Mart , 2021 11:58
Zaqatalada məclis təşkil edənlər cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi