Dövlət Sərhəd Xidməti və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
