​Zaqatalada külli miqdarda narkotik vasitə aşkarlanıb - YENİLƏNİB

​Zaqatalada külli miqdarda narkotik vasitə aşkarlanıb - YENİLƏNİB Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları hazırda hadisə yerindədir
Hadisə
1 May , 2015 22:55
​Zaqatalada külli miqdarda narkotik vasitə aşkarlanıb - YENİLƏNİB

İlk xəbər 20:52-də dərc olunub

Bakı. 1 may. REPORT.AZ/ Zaqatala rayonunda kultivasiya üsulu ilə əkilmiş küllü miqdarda narkotik bitki aşkar edilib.

Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a verilən məlumata görə, əkin sahəsi polis əməkdaşlarının rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində apardığı əməliyyat-axtarış tədbiri nəticəsində üzə çıxıb.

RPŞ-yə daxil olmuş məlumat əsasında həyata keçirilmiş tədbir nəticəsində, rayonun Aşağı Tala kənd sakini, 59 yaşlı Tanzilə Tacəddin qızı Lahıcovanın yaşadığı evin həyətyanı sahəsində düzəldilmiş, uzunluğu 24 metr olan 3 ədəd istixanada xüsusi kultivasiya üsuli ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib.

Polis və hal şahidlərinin iştirakı ilə istixanalardan hündürlüyü 50 sm-dən 1m-ə qədər olmaqla ümumilikdə 330 ədəd çətənə kolu yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, kollar istixanalara ev sahibəsi Tanzilə Lahıcovanın Balakən rayonu Hənifə kəndində yaşayan qardaşı Nəcməddin Lahıcovun oğlu Niyaməddin Lahıcov tərəfindən əkilirək qulluq edilib.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi