Zaqatalada kafedə bıçaqlanma olub

Zaqatalada kafedə bıçaqlanma olub Zaqatalada bıçaqlanma hadisəsi baş verib.
Hadisə
21 Fevral , 2020 01:12
Zaqatalada kafedə bıçaqlanma olub

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Qandax kəndində yerləşən kafelərdən birində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Natiq Əliyev həmkəndlisi Tural Bayramov tərəfindən bıçaqlanıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədən T.Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi