Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb

Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb Bakı. 4 oktyabr. REPORT.AZ/ Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb.
Hadisə
4 Oktyabr , 2018 12:40
Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Zaqatalada İqtisad Universitetinin tələbəsi döyülüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 3-dən 4-ə keçən gecə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının tələbəsi 1998-ci il təvəllüdlü Röyal Rövşən oğlu Bədirov qapalı kəllə-beyn travması və bədənin yumşaq toxumalarının əziyi dioqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. 

MRX-dan “Report”a bildirlib ki, Röyal Bədirov müayinə zamanı Zaqatala şəhər ərazisində tanımadığı şəxslər tərəfindən döyüldüyünü bildirib. Röyal Bədirova lazımi tibbi yardım göstərilib. Onun müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi