Zaqatalada fərdi yaşayış evində yanğın olub
Hadisə
27 Noyabr , 2014
20:57
https://static.report.az/photo/7c63a60f-7d47-430a-8b32-6b32532b903e.jpg
Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın Zaqatala şəhərində fərdi yaşayış evində yanğın olub. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli, ikiotaqlı evin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.