Yuxarı

​Zaqatalada canavarlar kəndə hücum edərək 20-yə yaxın qoyunu parçalayıblar - FOTO

Hadisə Qandax kəndində baş verib

Zaqatala. 29 may. REPORT.AZ/ Ötən gün səhər saatlarında Zaqatalanın Qandax kəndinə canavar hücumu olub.

Ev sahibi Əsgərov Akif Şəmsun oğlunun “Report”a verdiyi xəbərə görə, həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetiriblər.

Hadisə yerinə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, dezinfeksiya işləri aparılıb. Ölən qoyunlar dərmanlanaraq basdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi